01/11/2019
17:05
1214
| A A A
Vidal Çin klubundan imtina etdi

Barcelona-nın futbolçusu Arturo Vidal Çindən təklif alıb.

Goal.az xəbər verir ki, Shanghai SİPG klubu çilili futbolçuya 20 milyon avro qazanacağı 2 illik sözləşmə təklif edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Vidalın İnter-də forma geyinmək üçün bu təklifi rədd etdiyi bildirilir. 32 yaşlı yarımmüdafiəçi qış fasiləsində A Seriyası klubuna keçmək niyyətindədir.

Barcelona ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Vidal, bu mövsüm 9 oyuna çıxıb və 3 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39741 səs