03/11/2019
19:56
2343
| A A A
Juventus Haland üçün mübarizəyə qoşuldu

Son zamanlar göstərdiyi oyunla diqqətləri üzərinə çəkən Salzburg-un futbolçusu Erlinq Haland daha bir klubun hədəfindədir.

Goal.az xəbər verir ki, Juventus norveçli hücumçunu transfer etmək niyyətindədir. Halandı yay transfer dövründə heyətinə qatmaq istəyən “qoca sinyora”, onun üçün təzminat qiyməti də müəyyənləşdirib. Turinlilər 19 yaşlı futbolçu üçün 35-40 milyon arası avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqların futbolçunun meneceri Mino Rayola tərəfindən aparılacağı bildirilir.

Haland Real Madrid və Manchester United-in də əsas transfer hədəfidir.

Bu ilin yanvarından Salzburg-un şərəfini qoruyan hücumçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, iştirak etdiyi 15 oyunda 22 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39742 səs