05/11/2019
13:39
2231
| A A A
Rabiot Juventus-dan ayrılmaq istəyir

Juventus-un futbolçusu Adrien Rabiot qış fasiləsində komandadan ayrıla bilər.

Goal.az xəbər verir ki, fransız yarımmüdafiəçi oyun praktikasının azlığından şikayətçidir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Rabiotun anası və meneceri olan Veronika Rabiotun artıq oğluna yeni klub axtardığı bildirilir.

Qeyd edək ki, bu yay Juventus-a azad agent kimi keçən 24 yaşlı futbolçu, A Seriyasında cəmi 6 oyunda forma geyinib. Rabiotun Turin təmsilçisi ilə 2023-cü ilə qədər müqaviləsi var.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5057 səs