08/11/2019
11:58
856
| A A A
Milan-ın sabiq futbolçusu C Seriyasında

Milan-ın və İtaliya milli komandasının sabiq futbolçusu Qabriel Palettanın yeni iş yeri bilinib.

Goal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Monza klubu ilə müqavilə imzalayıb. Bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Paletta yeni klubu ilə üç illik sözləşmə imzalayıb.

Karyerası ərzində Liverpool, Milan, Parma, Atalanta kimi komandalarda çıxış edən Paletta, üç dəfə də İtaliya yığmasının formasını geyinib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
534 səs