09/11/2019
11:45
1407
| A A A
PSG Mbappe ilə yeni müqavilə bağlaya bilməyəcək

PSG Kilian Mbappe ilə müqaviləni yeniləməyə çalışarkən ciddi problemlərlə üzləşəcək.

Goal.az xəbər verir ki, 20 yaşlı futbolçu üçün klubla yeni müqavilə imzalamaq prioritet deyil. Bununla belə Paris klubu Mbappeyə Neymarın maaşına bənzər vəsait də təklif edə bilmir. Belə ki, braziliyalı futbolçu ildə 33 milyon dollardan çox maaş alır.

İlk dəfə Kilian Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün 1/8 finalında Manchester United komandasına məğlub olduqdan sonra komandadan ayrılmaq istədiyini açıqlamışdı.

Qeyd edək ki, Kilian Mbappenin PSG ilə müqaviləsinin müddəti gələn il bitir. Son 15 oyun ərzində 11 qol vuran futbolçu 4 məhsuldar ötürmə edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs