18/11/2019
13:43
2448
| A A A
Real Madrid-in hücumçusu Roma-nın hədəfində

Real Madrid-in hücumçusu Mariano Dias karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Roma 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir. Yayda futbolçunun keçidini həll etmək istəyən “canavarlar”, yanvar ayında yenidən Madrid klubu ilə danışıqlara başlayacaq. Real-ın prezidenti Florentino Peres yanvarda Diası 20 milyon avro müqabilində satmağa razı olsa da, Roma hücumçunu ilk olaraq icarəyə götürmək, yayda isə birdəfəlik transfer etmək niyyətindədir.

Qeyd edək ki, 2018-ci ildən Real-ın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

money.az currency