20/11/2019
14:41
6278
| A A A
Luis Suaresə 8 milyon avroluq əvəzləyici

Barcelona klubu Luis Suaresə əvəzləyici tapıb.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Xorvatiya Dinamo-sunun hücumçusu Bruno Petkoviçi transfer etmək niyyətindədir. Bu barədə “Marca” nəşri məlumat yayıb. Barcelona-nın 25 yaşlı futbolçu üçün qış fasiləsində danışıqlara başlayacağı bildirilir.

2019-cu ilin yayından Dinamo-da forma geyinən Petkoviçin transfer dəyəri 8 milyon avrodur. Hücumçu Xorvatiya milli komandasının da heyətinə dəvət olunur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19328 səs