02/12/2019
12:45
999
| A A A
Qarabağ-ın legionerinə növbəti “elçi”

Qarabağ-ın futbolçusu Simeon Slavçevə daha bir klub “elçi düşüb”.

Goal.az xəbər verir ki, Polşanın Lech klubu 26 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Lech-in Slavçev üçün qış fasiləsində Qarabağ-la danışıqlara başlayacağı bildirilir.

2018-ci ilin iyulundan Qarabağ-da çıxış edən Slavçevlə Bolqarıstan Levski klubu da yaxından maraqlanır. Bu mövsüm az şans tapan Slavçevin qış fasiləsində Qarabağ-la yollarını ayıracağı gözlənilir.

Bolqarıstan millisinə də dəvət alan yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1028 səs