03/12/2019
13:45
1237
| A A A
İbrahimoviç Milan-a qayıdır

LA Galaxy-dən ayrılan futbolçu Zlatan İbrahimoviç karyerasını Milan-da davam etdirəcək.

Goal.az xəbər verir ki, 38 yaşlı hücumçu yenidən "qırmızı-qara" formanı geyinəcək. Uzun müddət düşündükdən sonra isveçli forvard "rossonerilər"ə qayıtmağa razılaşıb. Onun 2010 - 2012-ci illərdə çıxış etdiyi klubla müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

Daha əvvəl Milan-ın İbrahimoviçin keçidini dekabrın 15-də açıqlamaq istədiyi barədə məlumat yayılıb. Bu, həmin gün 120 illik yubileyini qeyd edəcək klubun azarkeşlərə hədiyyəsi olacaq.

Qeyd edək ki, daha öncə Zlatan İbrahimoviç Malmö, Ajax, Juventus, İnter, Barcelona, PSG və Manchester United komandalarının formasını geyinib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1028 səs