03/12/2019
15:43
1661
| A A A
Manchester City iki oyunçusu ilə yollarını ayıracaq

Manchester City yarımmüdafiəçisi Fernandinyo ilə yollarını ayırmağa hazırlaşır.

Goal.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis mövsümün sonunda bir neçə oyunçu ilə vidalaşacaqlarını söyləyib: "Komandanı yeniləməliyik. David Silva mövsümün sonunda ayrılacağını təsdiqlədi. Fernandinyonun gələcəyi sual altındadı, karyerasında müəyyən dəyişiklik lazımdı".

Qeyd edək ki, Fernandinyonun Manchester City ilə müqavilə müddəti mövsümün sonuna qədərdi və yayda o, azad agent statusu daşıyacaq.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs