08/12/2019
11:17
3538
| A A A
Ajax-dan İspaniya nəhənginə

Real Madrid-in transfer etmək istədiyi futbolçulardan birinin adı açıqlanıb.

Goal.az xəbər verir ki, "kral klubu" Ajax-dan Donni van de Beki heyətinə qatmaq istəyir.

İddiaya görə, Madrid təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün 55 milyon avro ödəməyə hazır olduğu bildirib. Hollandiyalı futbolçu ilə Totemham də maraqlanır.

Qeyd edək ki, van de Bek cari mövsümdə 22 oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə edib.