Pyentek klubunu dəyişə bilər
Milan qış fasiləsində forvardı ilə yollarını ayıra bilər.
Goal.az xəbər verir ki, Kşiştof Pyentek “qırmızı-qaralar”ı tərk edə bilər. Polşalı futbolçu, Zlatan İbrahimoviçin qışda Milan-a qayıdacağı halda, klubla yollarını ayıracaq.
Yanvardan Milan-ın şərəfini qoruyan Pyentek, cari mövsümdə A Seriyasında iştirak etdiyi 15 oyunda 4 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
Dekabrın 31-də LA Galaxy ilə müqaviləsi başa çatacaq İbrahimoviçin yenidən Milan-da çıxış edəcəyi bildirilir. O, 2011-2012-ci illərdə də Milan-ın şərəfini qorumuşdu.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR