12/12/2019
12:50
4338
| A A A
Mbappe PSG-də qalmaq istəmir

PSG-nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, 20 yaşlı futbolçu, Paris klubundan ayrılmaq qərarına gəlib. Futbolçu PSG ilə müqavilənin müddətini uzatmaq niyyətində deyil.

Futbolçunu komandada saxlamaq niyyətində olan parislilər isə onu transfer etmək istəyən klublarla danışıqlar aparmaq niyyətində deyil.

Mbappenin Real-da çıxış etmək istədiyi bildirilir.

Onun PSG ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.