15/12/2019
12:29
2171
| A A A
Bekhemin klubunundan 27 milyon avroluq transfer

2020-ci ilin martından MLS-də çıxış edəcək İnter Miami klubu heyətinə yeni futbolçular cəlb etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, İnter Miami Zenit-dən Matias Kranevitter və Sebastyan Driussini transfer etmək istəyir. Zenit-in iki futbolçu üçün 27 milyon avroluq təklif aldığı bildirilir.

Kranevitter və Driussinin Rusiya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, İnter Miami klubunun prezidenti və səhmlərinin bir hissəsinin sahibi Devid Bekhemdir.