15/12/2019
15:22
2429
| A A A
Holand Bundesliqaya keçə bilər

Salzburg-un hücumçusu Erlinq Holand karyerasını Almaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Bundesliqanın iki iddialı təmsilçisi Borussia Dortmund və Leipzig 19 yaşlı futbolçu ilə ilkin danışıq aparıb. Hətta norveçli forvard sonuncuların bazasında olub və klubun baş məşqçisi Yulian Naqelsmanla söhbət edib.

Bu barədə mütəxəssis özü məlumat verib: "Ona futbol fəlsəfəmi başa salmağa çalışdım. Düşünürəm ki, hər şey yaxşı keçdi."

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində vurduğu 8 qolla komandasının bombardiri olan Holandla Manchester United və Juventus da yaxından maraqlanır.  (sportinfo)