19/12/2019
18:28
6265
| A A A
Holand üçün növbəti nəhəng klub

Salzburg-un hücumçusu Erlinq Holand daha bir klubdan təklif alıb.

Goal.az xəbər verir ki, indi də Milan gənc forvardın xidmətində maraqlıdır.

İtalyanlar 19 yaşlı oyunçu üçün qarşı tərəflə danışıqlara da başlayıb. "Rossoneri"lər Norveç millisinin üzvünə 5 illik müqavilə və illik 5,5 milyon avro maaş təklif edib. A seriyası təmsilçisi bu keçidi yanvarda reallaşdırmaq niyyətindədir. Milan Holand üçün klubuna 30 milyon milyon avro təklif edib. Forvard özü də bu keçidə qarşı deyil. O, daim əsas heyətdə çıxış edəcəyi komandada oynamaq fikrindədir.

Qeyd edək ki, Erlinq Haland həmçinin Manchester United, Chelsea, Borussia Dortmund, Leipzig, Nice və Juventus-un diqqət mərkəzindədir.