29/12/2019
15:47
7966
| A A A
Ronaldo Real Madrid-ə qayıda bilər

Juventus-un məşhur portuqaliyalı hücumçusu Kriştiano Ronaldo gələn il Real Madrid-ə qayıda bilər.

Goal.az-ın məlumatına görə, bu barədə Gol nəşri xəbər yayıb.

Nəşrin yazdığına görə, Real Madrid-in prezidenti Florentino Peres portuqaliyalı futbolçu ilə şəxsən görüşüb və onu yenidən kluba qayıtmağa inandırıb. Qeyd olunub ki, Real Ronaldonu qış transfer pəncərəsində əldə etmək niyyətindədir.

Bu mövsüm 34 yaşlı Ronaldo İtaliya futbol çempionatının 14 oyununda 10 qol vurub. O, Real-da 2009-cu ildən 2018-ci ilə qədər oynayıb.(report)