08/01/2020
12:53
6294
| A A A
Mahir Emreli İstanbul nəhənginin hədəfində

Qarabağ-ın və milli komandamızın üzvü Mahir Emreli karyerasını Fenerbahçe-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" qəzeti məlumat yayıb. İddia olunur ki, İstanbul klubu millimizin 22 yaşlı forvardını heyətinə qatmaq istəyir.

Qeyd edək ki, bir müddət əvvəl Trabzonspor-un da Mahirlə maraqlandığı xəbəri yayılmışdı. Ötən yay isə Sevilla-nın futbolçunu əvəzedici heyətə qatmaq üçün Qarabağ-a rəsmi dəvət göndərdiyi məlumdur.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5453 səs