10/01/2020
11:40
5841
| A A A
Tottenham Keynin əvəzləyicisini tapdı

Tottenham zədələnən futbolçusu Harri Keynin boşluğunu yeni transferlə doldurmaq niyyətindədir.

Goal.az xəbər verir ki, London klubu bir aylıq sıradan çıxan hücumçunun boşluğunu dolduracaq futbolçunu İtaliyada tapıb. Klubun əsas hədəfi Milan-ın futbolçusu Kşiştof Pyentekdir. Tottenham polşalı futbolçunu azı mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. Klub, futbolçunun oyunundan razı qalacağı halda, onu 30 milyon avro müqabilində transfer edə bilər.

Bundan başqa, Pyentekin keçidi alınmasa, Tottenham-in digər iki seçimi Lyon-un futbolçusu Musa Dembele və Fulham-in üzvü Aleksandar Mitroviç olacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19405 səs