14/01/2020
11:22
1959
| A A A
Mourinyo ilk transferini Benfica-dan edir

Tottenham Benfica-nın yarımmüdafiəçisi Jedson Fernandeşin transferini açıqlamağa hazırlaşır.

Goal.az xəbər verir ki, London klubu klub və futbolçu ilə anlaşma əldə edib.

21 yaşlı futbolçu Premyer Liqa təmsilçisində 1,5 illik icarə əsasında çıxış edəcək. Fernandeşin satın alma qiyməti 65 milyon avro təyin edilib.

Keçid rəsmiləşdikdən sonra bu, Joze Mourinyonun Tottenham-də ilk transferi olacaq. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon klubunda 13 oyuna 1 assist edib. Fernandeş Benfica-nın yetirməsidir.