14/01/2020
11:51
2416
| A A A
Bundesliqadan Premyer Liqaya

Norwich heyətini yeni futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Herta-dan Ondrey Dudanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında Norwich-də forma geyinəcək.

Slovakiya millisinin də üzvü olan Duda, 2016-cı ildən Herta-da çıxış edirdi. Yarımmüdafiəçi bu mövsüm Almaniya Bundesliqasında 7 oyuna çıxıb və qol vura bilməyib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5150 səs