14/01/2020
13:55
2565
| A A A
İngiltərə nəhəngindən Fernadesə 5 illik müqavilə

Manchester United heyətini Sporting-in futbolçusuyla gücləndirməyə hazırlaşır.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” Portuqaliya klubunun yarımmüdafiəçisi Bruno Fernandesin xidmətində maraqlıdır. Portuqaliya millisinin üzvü ilə görüşən Mançester klubu ona 5 illik müqavilə təklif edib. Tərəflər arasında razılığın əldə olunduğu bildirilir.

Sporting-lə müqaviləsini keçən ilin noyabrında yeniləyən futbolçunun klubla sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Fernandes cari mövsümdə iştirak etdiyi 24 oyunda 13 qol, 13 məhsuldar ötürməylə yadda qalıb.