14/01/2020
14:25
1499
| A A A
Azərbaycanlı qapıçının komandasında növbəti erməni

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" heyətinə erməni futbolçu qatıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kostanay təmsilçisinin baş məşqçisi Qriqori Babayan həmyerlisi Petros Avetisyanı komandasına cəlb edib.

Ermənistan millisinin üzvü ilə rəsmi müqavilə imzalanıb. Onun spn klubu "Ararat" olub.

Babayanın rəhbərliyi altında oynamaq istəməyən Balayevin "Tobol"dan ayrılacağı gözlənilir.