14/01/2020
15:23
2977
| A A A
Keçmiş Galatasaray-lı Sivasspor-a keçdi

Sivasspor heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqanın lideri elitanın digər təmsilçisi Göztepe-də forma geyinən Yasin Öztekini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.

Futbolun sirrlərini Borussia Dortmund-un akademiyasında öyrənən Yasin, 2011-ci ildə Türkiyəyə gələrək Genclerbirliği ilə müqavilə bağlayıb. Daha sonra o, Trabzonspor, Kayseri Erciyyespor və Galatasaray-da da forma geyinib. 32 yaşlı yarımmüdafiəçi 2018/19 mövsümünün əvvəlindən Göztepe-nin uğurları üçün çalışırdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5051 səs