15/01/2020
13:04
4632
| A A A
Boatenq İtaliya nəhənginin hədəfində

Bayern Münich-in futbolçusu Jerom Boatenqin Arsenal-ın hədəfində olduğunu xəbər vermişdik.

Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu daha bir klubun maraq dairəsindədir. Milan da Boatenqi heyətinə qatmaq niyyətindədir. “Qırmızı-qaralar”ın futbolçu üçün Bayern ilə danışıqlara başlamağa hazır olduğu bildirilir.

Bayern-nın almaniyalı futbolçu üçün 13 milyon funt-sterlinq tələb edəcəyi deyilir.

2011-ci ildən Bayern-da forma geyinən Boatenqin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Almaniya millisinin keçmiş üzvü olan müdafiəçi, bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12399 səs