Kanselo klubunu dəyişə bilər
Tottenham Manchester City-nin müdafiəçisini transfer etmək istəyir.
Goal.az xəbər verir ki, londonlular Manchester City-nin müdafiəçisi Joao Kanselonun xidmətində maraqlıdır. Müdafiəçi axtarışında olan Tottenham-in baş məşqçisi Joze Mourinyonun Kanselonu komandada görmək istədiyi bildirilir.
Futbolçu “şəhərlilər”in heyətində kifayət qədər şans qazana bilməməsindən şikayətlənir. Avqustda Manchester City-ə transfer olunan 25 yaşlı futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 18 oyunda 1 qolla yadda qalıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR