17/01/2020
16:57
2431
| A A A
Eşli Yanq A Seriyasına keçir

Manchester United-in futbolçusu Eşli Yanq karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi İnter-ə keçəcək. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, Yanqın bu gün tibbi müayinədən keçdikdən sonra “neradzurri" ilə rəsmi müqavilə imzalayacağı bildirilib. İnter ingilis futbolçu üçün “qırmızı şeytanlar”a 1,5 milyon avro ödəyəcək.

2011-ci ildən Manchester United-in şərəfini qoruyan ingiltərəli futbolçunun klubla müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 18 oyunda bir qol, bir məhsuldar ötürməylə yadda qalıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18398 səs