18/01/2020
10:55
4283
| A A A
Barcelona ilə Juventus oyunçularını dəyişdirir

Juventus Barcelona ilə oyunçu mübadiləsində maraqlıdır.

Goal.az-ınn məlumatına görə, bu barədə “La Repubblica” bildirib.

Məlumata görə, Juventus qarşı tərəfə özünün yarımmüdafiəçisi Federiko Bernardeskini təklif edib. Əvəzində İtaliya çempionu Katalon klubunun yarımmüdafiəçisi İvan Rakitiçi almaq istəyir. Qeyd edilir ki, Juventus-un baş məşqçisi Maurisio Sarri bu razılaşmanı bəyənib.

Ötən yay Juventus Barcelona-ya yarımmüdafiəçilərin mübadiləsini təklif edib, ancaq İspaniya çempionu sazişdən imtina edib.

Rakitiç Barcelona-ya 2014-cü ilin yayında Sevilla-dan keçib. Yarımmüdafiəçi Katalon klubunun heyətində 287 matçda 34 qol vurub.

Bernardeski Juventus-un heyətində 2017/2018 mövsümündən çıxış edir. Oyunçu Turin klubunda 89 matç keçirib və 9 qol vurub. (report)