18/01/2020
12:28
1837
| A A A
Vidal Barcelona-da qala bilər

Barcelona-nın yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis çilili yarımmüdafiəçini komandada saxlamaq qərarı verib.

O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Bu isə o deməkdir ki, Vidal ən azı mövsümün sonuna qədər Barcelona-da qalacaq.

Qeyd edək ki, Çili millisinin üzvü 2018-ci ildə Bayern Munich-dən Barcelona-ya transfer olunub.