23/01/2020
14:28
3218
| A A A
Beyl Tottenham-ə qayıda bilər

Tottenham Real Madrid-in futbolçusu Qaret Beyli almağı nəzərdən keçirir.

Goal.az xəbər verir ki, paytaxt təmsilçilərinin prezidentləri oyunçunun potensial keçidini müzakirə etmək üçün Madriddə bir araya gəliblər.

Mümkün variantlar kimi icarə sözləşməsi və ya mövsümün sonunda transfer göstərilir. Lakin Tottenham sabiq hücumçusuna 30 milyon avrodan artıq pul ödəmək niyyətində deyil.

Qeyd edək ki, bu mövsüm Qaret Beyl İspaniya La Liqasında 12 oyuna 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19030 səs