23/01/2020
16:34
2901
| A A A
Barcelona-nın yetirməsi Bundesliqada

Leipzig heyətini yeni futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Las Palmas-dan Xosep Martinesi transfer edib.

Bu barədə Leipzig-in rəsmi saytı məlumat yayıb. 21 yaşlı qapıçı ilə müddəti 2024-cü ilə qədər olan müqavilə imzalanıb.

Barcelona-nın yetirməsi olan Martines 2017-ci ildə Las Palmas-a keçib. Qapıçı bu mövsüm İspaniya Sequndasında 14 oyunda 19 qol buraxmışdı.