24/01/2020
16:54
3632
| A A A
Tevez Manchester United-ə qayıdır?

Boca Juniors-un futbolçusu Karlos Tevez Manchester United-ə qayıda bilər.

Goal.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.

“Mankuniyanlar”ın argentinalı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir. Komandanın əsas hücumçularından oan Markus Reşfordun zədələnməsi klubun yeni forvard axtarışına çıxmasına səbəb olub.

35 yaşlı futbolçu bu mövsüm Argentina çempionatına 10 oyuna 3 qol vurub. O, 2007-2009-cu illərdə də Manchester United-də çıxış edib.