24/01/2020
19:11
3568
| A A A
Milan Baroş Türkiyəyə qayıdır

Bir dönəm Galatasaray-da forma geyinən Milan Baroş yenidən Türkiyəyə gəlir.

Goal.az xəbər verir ki, çexiyalı futbolçu Bursaspor-un maraq dairəsinə düşüb.

Karyerasını Banik Ostrava-da davam etdirən 38 yaşlı futbolçu ilə maraqlanan Bursa təmsilçisi artıq oyunçu ilə danışıqlara başlayıb. Baroşun da yenidən Türkiyəyə qayıtmağa müsbət yanaşdığı qeyd edilib.

Qeyd edək ki, Milan Baroş 2005-ci ildə Liverpool-un heyətində Çempionlar Liqasını qazanıb. O, 2008-2013 cü illərdə Galatasaray-da çıxış edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18392 səs