07/02/2020
20:17
6117
| A A A
Barcelona Koutinyonun qiymətini açıqladı

Barcelona icarə əsasında Bayern Münich-də çıxış edən futbolçusu Filippe Koutinyo ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, Kataloniya klubu braziliyalı futbolçunu satmağa qərar verib. Klub Koutinyonun transfer qiymətini də müəyyənləşdirib. İspanlar 27 yaşlı futbolçu üçün 80-90 milyon avro arası məbləğ tələb edir. Uyğun təklif qarşılığında Barcelona futbolçunun yayda komandadan ayrılmasına razılıq verəcək.

Cari mövsümü icarə əsasında Bayern-da keçirən Koutinyo, Münhen klubunun heyətində iştirak etdiyi 26 oyunda 7 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Barcelona ilə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.