08/02/2020
15:41
10869
| A A A
Messinin Barcelona-dakı gələcəyi bəlli oldu

Barcelona-nın hücumçusu Lionel Messi bu il klubu tərk etmək fikrində deyil.

Goal.az xəbər verir ki, argentinalı klubun idman direktor Erik Abidalla aralarında yaranmış problemə baxmayaraq, Kataloniyada qalacaq.

O, ən azı müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi Barcelona-da oynayacaq. Bildirilir ki, Barcelona-nın prezidenti Jozep Bartomeunun tərəflərlə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra Messi – Abidal gərginliyi nisbətən azalmağa başlayıb.

Xarici mediada Messinin yayda Manchester City-ə keçə biləcəyi də iddia olunub. Lakin Sky Sports yazır ki, bu transer gerçəkləşməyəcək. Klubun baş məşqçisi Xosep Qvardiola da Messinin Barcelona-dan ayrılacağına inanmadığını söyləyib.

Başqa bir xəbərə görə, argentinalı Barcelona ilə yeni müqavilə üçün danışıqlara başlamağa hazırdır. Amma o, hələlik bu məsələ ilə bağlı yekun qərarı qüvvədə olan müqaviləsi başa çatmağa yaxın verəcək. (sportinfo)