13/02/2020
14:37
2115
| A A A
Koronavirusa görə Çindən ayrılır

Çinin Qingdao Huanghai klubunda forma geyinən Yaya Ture karyerasını Paraqvayda davam etdirə bilər.

Goal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə Libertad klubu yaxından maraqlanır.

Paraqvay təmsilçisinin Tureyə rəsmi təklif göndərdiyi və müsbət cavab aldığı bildirilir. Yarımmüdafiəçi yaxın zamanda Libertad-la rəsmi müqavilə imzalayacaq.

Turenin Çindən ayrılmasına səbəb, ölkədə yayılan koronavirusla bağlı çempionatların dayandırılmasıdır.

Qeyd edək ki, Ture karyerası ərzində Monaco, Barcelona, Manchester City kimi klublarda forma geyinib.