13/02/2020
15:51
2133
| A A A
"Balayevin Barcelona-da deyil, Qazaxıstanda oynaması daha realdır"

Azərbaycan millisinin qapıçısı Emil Balayevin karyerasını elə Qazaxıstanda davam etdirmə ehtimalı olduqca yüksəkdir.

Goal.az yerli "sports.kz"yə istinadən xəbər verir ki, son mövsümü "Tobol" klubunda keçirən, hazırda isə azad agent olan qolkiper Qazaxıstan Premyer Liqası təmsilçilərindən birinə keçə bilər.

"Ötən il çempionatımızın ən yaxşı qapıçılarından biri olan Emil Balayevi yeni mövsümdə Qazaxıstanda bəlkə də görə bilməyəcəyik. Burada hər şey əvvəlki nümunələrdə olduğu kimi birmənalı deyil. Emilin menecerləri öz aləmində istedadlı qapıçını "Barcelona"ya göndərə biləcəklərini iddia edə bilərlər. Ancaq bu, faktdır ki, azərbaycanlı qolkiperin Qazaxıstan Premyer Liqasında çıxış edən klublardan birinə keçməsi daha realdır. Hələlik hadisələri qabaqlamaq istəmirik" deyə yazıda bildirilir.

Qeyd edək ki, Emil Balayev erməni mütəxəssis Qriqori Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Kostanay təmsilçisindən ayrılıb. Hazırda azad agent olan 26 yaşlı qapıçının adı Türkiyə, Belçika, Rusiya və Qazaxıstan klubları ilə birgə hallanır. (Report)