14/02/2020
16:25
4530
| A A A
Timo Verner İngiltərə nəhənginin hədəfində

Leipzig-in forvardı Timo Vernerin yayda Liverpool-a keçməsi gözlənilir.

Goal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Liverpul təmsilçisi aprelin soununa qədər oyunçunun transferini bitirəcək. “Qırmızılar” almaniyalı futbolçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcək. Leipzig rəhbərliyinin də hücumçunun Liverpool-a keçməsinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Timo Verner cari mövsüm Bundesliqada 21 oyunda iştirak edib və 20 qol vurub. Onun komandası ilə 2023-cü ilə qədər müqaviləsi var.