14/02/2020
19:37
5118
| A A A
Poqbanın qiyməti açıqlandı

Manchester United Pol Poqbanı 100 milyon avro qarşılığında satmağa hazırdır.

Goal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, fransalı futbolçu menecerinə komandadan ayrılmaq istədiyini bildirib. O, yenidən İtaliyaya qayıtmaq niyyətindədir. Ancaq Mançester təmsilçisi Poqbanı 100 milyon avro qarşılığında satacağını qeyd edib. Futbolçunun meneceri Mino Rayola oyunçunun gələn yay müqaviləsinin sona çatacağını əsas göstərib və onun qiymətinin endirilməsini tələb edib. Hələlik klub rəhbərliyi bu təkliflə razılaşmır.

Qeyd edək ki, Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında Juventus-dan “Qırmızı şeytanlar”a keçmişdi. (matc.az)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13088 səs