19/02/2020
14:18
2530
| A A A
Bekhemin klubundan 11 milyon avroluq transfer

ABŞ-ın İnter Miami heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, MLS təmsilçisi Meksika yığmasının yarımmüdafiəçisi Rodolfo Pisarronu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu Meksika Monterrei-indən 10,91 milyon avroya transfer olunub.

Meksikalı yarımmüdafiəçi Pachuka-nın yetirməsidi və karyerasının böyük hissəsini də məhz bu klubda keçirib. O, Monterrei-dən öncə Gvadalajara-da da oynayıb.

Sonda onu da qeyd edək ki, İnter Miami klubunun sahibi İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.