22/02/2020
13:35
3261
| A A A
Qabriel Jesus İtaliya nəhənginin hədəfində

Manchester City-nin hücumçusu Qabriel Jesus karyerasını İtaiyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Juventus 22 yaşlı futbolçuun xidmətində maraqlıdır. “Qoca sinyora”nın baş məşqçisi Mauritsio Sarrinin yaydan futbolçunu heyətində görmək istədiyi deyilir. Turin təmsilçisi Manchester City-nin 2 mövsümlük Çempionlar Liqasından uzaqlaşdırılması səbəbilə futbolçunun bu təklifə müsbət yanaşacağına ümid edir.

“Şəhərlilər” futbolçunun transfer qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib.