22/02/2020
14:04
2613
| A A A
Ronaldo Rodriqesi yanına çağırır

Real Madrid-in yarımmüdafiəçisi Xames Rodriqes karyerasını Juventus-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, Turin təmsilçisinin ulduzu Kriştano Ronaldo 28 yaşlı futbolçunu Juventus-da oynamağa çağırıb.

Portuqaliyalının Rodriqesin alınması üçün klub rəhbərliyinə müraciət edəcəyi də bildirilir. Arsenal, Napoli və Everton da yarımmüdafiəçinin xidmətində maraqlıdır. (sportinfo)