22/02/2020
20:52
3410
| A A A
Rakitiç Madrid klubuna keçə bilər

Atletico Madrid Barcelona-nın futbolçusu İvan Rakitiçi heyətinə qatmaq niyyətindədir.

Goal.az xəbər verir ki, klub rəhbərliyi bir müddətdir Dieqo Simeonenin tələbi üzərinə xorvatiyalı ilə danışıqlar aparır.

Xəbərdə bildirilir ki, 32 yaşlı yarımmüdafiəçi Barcelona-dan ayrılmaq istəyir. Atletico Madrid oyunçunun transferini yanvarda tamamlamaq istəsə də, futbolçunun komandaya qoşulması yaya qalıb.

Qeyd edək ki, Rakitiç 2014-cü ildən Kataloniya təmsilçisində çıxış edir. O, bu mövsüm komandası ilə 16 oyun keçirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9109 səs