24/02/2020
14:33
3255
| A A A
Barcelona Valencia-nın futbolçusu ilə maraqlanır

Barcelona heyətinə daha bir oyunçu qatır.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Valencia-da çıxış edən mərkəz müdafiəçisi Uqo Qulyamonu heyətinə cəlb etmək niyyətindədir.

Məlumata görə, klub 20 yaşlı futbolçunu bir müddətdir izləyir. Onun yayda Barcelona-ya keçəcəyinin dəqiqləşdiyi bildirilir. Kataloniya təmsilçisi gənc oyunçu ilə uzun müddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, Qulyamon Valencia-nın heyətində La liqanın 26-cı turunda Real Sociedad-a qarşı keçirilən görüşdə debüt edib. (matc.az)