14/03/2020
19:44
2299
| A A A
Pyaniç Fransa nəhənginin hədəfində

PSG Juventus-un futbolçusu Miralem Pyaniçi transfer etmək istəyir.

Goal.az xəbər verir ki, Paris klubunun nümayəndələri 29 yaşlı yarımmüdafiəçinin agenti ilə danışıqlara başlayıblar. PSG-nin bu transferi yaya kimi bitirmək istədiyi vurğulanıb.

Qeyd edək ki, Pyaniç bu mövsüm İtaliya A seriyasında 22 matçda 3 qol vurub.