17/03/2020
10:33
2777
| A A A
Lovren A Seriyasına keçə bilər

Liverpool-un futbolçusu Deyan Lovren karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Lazio 30 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. İtaliya klubu Liverpool-un yeni müqavilə təklif etməyəcəyi deyilən futbolçunu cari mövsümün sonunda heyətinə qatmağı hədəfləyir.

“Lazio-nu narahat edən yeganə məqam isə futbolçunun məvacibidir. A Seriyası təmsilçisi hazırda illik 5 milyon avro qazanan futbolçuya məvacibində güzəştə getməsi üçün uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Liverpoolun xorvat futbolçu üçün 20 milyon avro tələb etdiyi bildirilir.

2014-cü ildən Liverpool-un şərəfini qoruyan Lovren, Milan, Arsenal və Tottenham kimi klubların da maraq dairəsindədir. Onun Liverpool-la müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
10050 səs