Rakitiç keçmiş klubuna qayıda bilər
Barcelona-nın futbolçusu İvan Rakitiç yayda Sevilla-ya qayıda bilər.
Goal.az xəbər verir ki, xorvat yarımmüdafiəçi sabiq klubuna dönməyi karyerası üçün ən uyğun variant hesab edir.
Sevilla Kataloniya təmsilçisinə 32 yaşlı oyunçu ilə maraqlandığını bildirib. Artıq Rakitiçin meneceri ilə danışıqlar aparıldığı vurğulanıb.
Qeyd edək ki, Rakitiç 2011-2014-cü illərdə Sevilla-da oynayıb.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA