21/03/2020
11:05
4459
| A A A
Barcelona-da yeni hücumçu

Barcelona San-Paulo-nun futbolçusu Qustavo Mayanın keçidini həll edib.

Goal.az xəbər verir ki, kataloniyalılar 19 yaşlı hücumçunun transferi üçün Cənubi Amerika təmsilçisi ilə anlaşıb.

San-Paulo rəhbərliyi bildirib ki, artıq qarşı tərəfdən 1 milyon avro alınıb. Yerdə qalan 3,5 milyon avronun isə cari mövsümün sonunda hesaba köçürüləcəyi bildirilib.

Gənc forvardla 2 illik müqavilə imzalanacağı gözlənilir. Qustavo Maya bu mövsüm gənclər arasında San-Paulu kubokunda meydana çıxdığı 7 oyunda 3 qol vurub.