21/03/2020
11:33
1966
| A A A
Donnarumma Milan-dan ayrıla bilər

"Milan"ın qapıçısı Canluici Donnaruma yayda komandanı tərk etməyə yaxındır.

Goal.az xəbər verir ki, İtaliya təmsilçisi 21 yaşlı qolkiperlə növbəti mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür.

Klub Donnarummanın transferindən yüksək gəlir əldə edib, komandaya yeni futbolçular cəlb etməyi planlaşdırır.

Bildirilir ki, "Milan" "Napoli"in qapıçısı Aleks Meret və "Udineze"nin qolkiperi Xuan Musso ilə maraqlanır. C.Donnaruma 2015-ci ildən "Milan"da çıxış edir.