24/03/2020
13:11
3485
| A A A
Aleks Telles İspaniya nəhənginin hədəfində

Porto-nun müdafiəçisi Aleks Telles karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Barcelona 27 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Kataloniya klubunun müdafiəni Telleslə gücləndirməyi planlaşdırdığı və futbolçunun meneceri ilə əlaqə saxladığı bildirilir.

Chelsea, Atletico Madrid kimi klubların hədəfində olan Telles, bir müddət əvvəl Porto-nun yeni müqavilə təklifindən imtina etmişdi.

Porto ilə müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulan braziliyalı futbolçu, cari mövsümdə iştirak etdiyi 40 oyunda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21657 səs